Məzmuna keç

Konstitusiya Məhkəməsinin 4 hakimi təltif olundu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 25 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, təltif olunanlardan 4-ü Konstitusiya Məhkəməsinin hakimləridir.

Belə ki, Konstitusiya Məhkəməsinin hakimləri Sona Salmanova, Rafael Qvaladze 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Ceyhun Qaracayev və Kamran Şəfiyev isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.