Gəncədə evə basqın edərək quldurluq etməkdə təqsirləndirilən Rövşən Mirzəyev və Abbas Sadıxovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Elmin Rüstəmovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası iyulun 25-də keçiriləcək.
Qeyd edək ki, Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Mirzəyev və Göygöl rayon sakini Abbas Sadıxov fərdi yaşayış evinə maskalı şəkildə daxil olaraq ev sahibini həyatı təhlükəli zor tətbiq etməklə hədələyərək 1130 manat pul, 200 ABŞ dolları və 2 ədəd mobil telefonu quldurluq yolu ilə ələ keçirməqdə təqsirləndirlir. Saxlanılan zaman onların üzərindən quldurluq yolu ilə əldə etdiyi pul əskinasları ilə bərabər 1 ədəd tapançaya bənzər alışqan da maddi sübut kimi müəyyən olunaraq götürülüb. Rövşən Mirzəyev və Abbas Sadıxova qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə) maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
