Məzmuna keç

Masallı Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə cərimə protokolu yazıldı

Masallı Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, Birlik barədə İnzibati Xətalar Məcəlləsnin 271-ci (Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib. İş hakim Ceyhun Quliyevin icraatına verilib.

Qeyd edək ki, İXM-nin 271-ci maddəsinə əsasən, fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Şəbnəm Mehdizadə