"Dental-House Kəngərli" MMC-yə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, klinika barədə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, "Dental-House Kəngərli" altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
