Məzmuna keç

Şirkət vergi idarəsini məhkəməyə verdi

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə verilib.

E-huquq.az xəbər verir ki, "Sənaye Biznes" MMC quruma qarşı vergi məsələləri ilə bağlı iddia qaldırıb.

İddia Sumqayıt İnzibati Məhkəməsində hakim Ceyhun Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə