ABŞ-da ilin son 6 ayda silahlı hücumlar nəticəsində ümumilikdə 140 nəfər həyatını itirib.
E-huquq.az xəbər verir ki, "Associated Press" (AP) və "USA Today"in "Northeastern" Universiteti ilə birgə apardığı araşdırmanın nəticəsinə görə, yanvarın 1-dən iyunun 30-dək ABŞ-da 28 atışma olub.
Həmin insidentlərdə 140 nəfər həyatını itirib ki, bu da 2006-cı ildən bu yana ən böyük göstəricidir.
Mütəxəssislər hesab edirlər ki, ABŞ-da artan hücumların əsas səbəbi ölkədə silahlanmanın artmasıdır.
ABŞ prezidenti Co Bayden martın 27-də Tennessi ştatında ibtidai məktəbdə 3-ü uşaq olmaqla 6 nəfərin ölümünə səbəb olan atışmadan sonra verdiyi açıqlamada silah satışı ilə bağlı qaydalarda islahatlar aparmağa çağırıb. İslahat, yarı avtomatik tüfənglər kimi silahların qadağan olunmasını və silah satışı ilə bağlı hərtərəfli yoxlanışın aparılmasından ibarətdir.
Qeyd edək ki, ölkədə 4 İyul Müstəqillik Gününün qeyd edildiyi günlərdə müxtəlif ştatlarda baş verən silahlı hücumlarda ümumilikdə 15 nəfər həyatını itirib.
Şəbnəm Mehdizadə
