Məzmuna keç

Narkotik qaçaqmalçılığında ittiham olunan şəxslər hakim qarşısına çıxarılır

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elmir Balışov və Cəlal Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Birinci Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Balışov Elmir Əziz oğlu və Xaçmaz rayon sakini, 1988-ci il təvəllüdlü Bayramov Cəlal Akif oğlu saxlanılıblar. Saxlanılan şəxslərin üzərinə baxış zamanı 6 kiloqram 200 qram narkotik vasitə (5 kq 700 qram marixuana, 500 qram metamfetamin və 980 ədəd “metadon M-40” həbləri), 1 ədəd Türkiyə istehsalı olan “Hatsan” tir tüfəngi və ona məxsus 264 ədəd qırma aşkar olunaraq götürülüb. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə