Məzmuna keç

Masallıda kottecdə başlayan yanğın söndürüldü

Masallı rayonunda 11 saylı meşə dolayının ərazisində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı taxta konstruksiyalardan ibarət kottec yanıb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Digər kotteclər və meşə ərazisi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb