Məzmuna keç

Ermənistanda hərbi hissə komandiri həbs edildi

Ermənistan Müdafiə Nazirliyinin iqtisadi bazasının hərbi hissəsinin komandiri 19 milyon dram (təxminən 50 min dollar) məbləğində rüşvət alarkən həbs edilib.

E-huquq.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.

Yüksək rütbəli zabit anbar rəisi vasitəsilə “Masis” tikiş fabrikinin rəhbərliyinə əsgərlərin geyimlərində kiçik ölçüdən istifadə olunması üçün rüşvət verib.