Məzmuna keç

Türkiyənin daha iki əyalətində meşə yanğını başladı

Türkiyənin Mersin və Osmaniye əyalətlərində meşə yanğını başlayıb.

E-huquq.az xəbər verir ki, Mersinin Gülnar rayonunda başlayan yanğını səbəbi hələlik məlum deyil.

Yanğının söndürülüməsinə 3 helikopter cəlb edilib.

Osmaniyenin Düziçi rayonunda başlayan yanğının səbəbi bilinmir.

Burada yanğının söndürülməsinə 1 helikopter cəlb edilib.

Hər iki əyalətdə yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Xatırladaq ki, daha əvvəl Türkiyənin Hatay əyalətinin Belen rayonunda meşə yanğını başlayıb.