Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya və Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı yanğın baş verən bölgələrinə gedib.
E-huquq.az xəbər verir ki, nazirlər Hatayın Belen rayonundakı yanğının söndürülməsini izləyiblər.
Xatırladaq ki, bu gün Türkiyənin müxtəlif bölgələrində meşə yanğınları baş verib.
Yanğınsöndürmə qrupları baş verən yanğınlara müdaxilə etməyə davam edir.
