Türkiyənin Nevşehir şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus yolun kənarındakı maneəyə çırpılaraq dərəyə aşıb.
Hadisə nəticəsində 24 nəfər yaralanıb.
Yaralı sürücü və avtomobildə olan 23 nəfər təcili yardım maşınları ilə Niğde və Nevşehir xəstəxanalarına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
