Məzmuna keç

Türkiyə daha 107 qanunsuz miqrantı deportasiya etdi

Türkiyənin Kocaeli şəhərində ölkəyə qanunsuz şəkildə daxil olan 107 qeyri-qanuni miqrant ölkələrinə göndərilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, qanunsuz miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində Kocaeli və bölgənin əyalətlərində təhlükəsizlik qüvvələri tərəfindən 107 qeyri-qanuni miqrant aşkarlanıb.

Miqrasiya İdarəsinə təhvil verilən əcnəbilər öz ölkələrinə deportasiya edilib.

Şəbnəm Mehdizadə