Yunanıstanda 1 iyun-15 iyul tarixləri arasında sərinləmək üçün dənizə və hovuzlara girən 106 nəfər boğularaq həyatını itirib.
E-huquq.az xəbər verir ki, Yunanıstan mətbuatı suda boğulan 106 nəfərdən 44-nün turist olduğu bildirib.
Müvafiq qurumların nəzarətində olan 5 çimərlikdən birində xilasedicilərin və ilkin tibbi yardım ləvazimatlarının olmadığı müəyyən edilib.
Qeyd edək ki, 2022-ci ilin 1 iyun-15 avqust tarixlərində ölkədə 196 nəfər suda boğularaq ölüb.
Şəbnəm Mehdizadə
