Məzmuna keç

Toy sahibləri ilə fotoqraf arasında dava düşdü, 2 nəfər öldü, 4 nəfər yaralandı

Türkiyənin Kocaeli şəhərində toy şənliyində fotoqrafla toy sahibləri arasında dava düşüb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, fotoqrafın odlu silahdan atəş açması nəticəsində 2 nəfər ölüb, bəy də daxil olmaqla 4 nəfər yaralanıb.

Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.

Polis hadisə ilə bağlı fotoqrafı və 3 nəfəri şübhəli şəxs qismində saxlayıb.

Tərəflər arasında davanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Şəbnəm Mehdizadə