Məzmuna keç

Avropa Komissiyası “Taxıl sazişi”ni dayandırdığına görə Rusiyanı qınayıb

Avropa Komissiyası (AK) “Taxıl sazişi”ni dayandırmasına görə Rusiyanı qınayıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Komissiyanın sədri Ursula fon der Lyayen bildirib.

"BMT və Türkiyənin səylərinə baxmayaraq, Rusiyanın “Taxıl sazişi”ni sona çatdırmasını şiddətlə qınayıram", – deyə o qeyd edib.

Lyayen daha əvvəl qurulmuş quru əlaqələri vasitəsilə qida məhsullarının Ukraynadan daşınmasının davam etdiriləcəyini deyib.

Şəbnəm Mehdizadə