Türkiyənin Konya şəhərində avtobus yük maşını ilə toqquşub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 16 nəfər xəsarət alıb.
Yaralılar Akşehir Dövlət Xəstəxanasına çatdırılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Şəbnəm Mehdizadə
