Məzmuna keç

Vəkil adı ilə 207 minlik dələduzluq etdilər

Türkiyənin Amasya şəhərində vəkil adı altında dələduzluq edən 4 nəfər saxlanılıb.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, özünü vəkil kimi təqdim edən həmin şəxslər 9 nəfərə qarşı ümumilikdə 207 min Türkiyə lirəsi məbləğində dələduzluq ediblər.

Məlum olub ki, həmin şəxslər vətəndaşlara vəkil bürosundan zəng etdiklərini deyərək onların azyaşlı uşaqlarla cinsi əlaqədə olmasına dair videogörüntülər olduğunu və barələrində cinayət işi başlanacağını bildiriblər. Zəng etdikləri şəxslərə onları uşaqların ailələri ilə üzləşdirəcəklərini deyərək bank hesabına pul göndərməklərini istəyiblər.

Vətəndaşlardan birinin şikayəti ilə polis hərəkətə keçib. Keçirilən əməliyyatla 4 nəfər saxlanılıb. Araşdırma zamanı həmin şəxslərin Amasya şəhərinin 7 rayonunda 9 nəfərdən 207 min lirə aldıqları məlum olub. Həmçinin əməliyyat zamanı onların üzərindən sənədsiz silah və çox sayda rəqəmsal vəsait ələ keçirilib.

Onlardan 3-ü barəsində həbs qətimkan, 1 nəfər barədə isə polisin nəzarətinə vermə qətimkan tədbiri seçiilib.

Şəbnəm Mehdizadə