Məzmuna keç

Çinin Azərbaycandakı şirkəti barədə inzibati protokol tərtib olundu

“Petro-HongKong-Pirsaat Oil limited” MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 602.4-cü (Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsi və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmaq) maddəasi ilə inzibati protokol tərtib olunub.

İşə Qaradağ Rayon Məhkəməsində hakim Teymur Qurbanovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, “Petro-HongKong-Pirsaat Oil limited” min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə