Məzmuna keç

Gömrük Komitəsi bu şirkətə cərimə yazdı

"Palıd-2015" MMC-ə cərimə protokolu yazılıb. E-huquq.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə…

"Palıd-2015" MMC-ə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. İşə hakim Anar Rzayevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, “Palıd-2015” min beş yüz manat məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə