Ağsuda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Anar Qafarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilib.
Hakim Anar Əsgərovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd dedək ki, hadisə Muğanlı-İsmayıllı yolunun 10-cu kilometrliyində, Basqal qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, "Mercedes" markalı BA 004 KU qeydiyyat nişanlı avtobusun sürücüsü Anar Qafarov sərt döngədə idarəetməni itirərək qarşıdan gələn 77-EF-972 dövlət qeydiyyat nişanlı "MACK" markalı yük avtomobili ilə toqquşub. Nəticədə yük avtomobilinin sürücüsü 74 yaşlı Məmmədov Əflatun Abdulla oğlu və avtobusun sərnişini "Mingəçevir" Futbol Klubunun əməkdaşı 55 yaşlı Qarayev Zaur Ələş oğlu xəsarət alaraq tibb müəssisələrinə yerləşdirilib. Avtobusdakı sərnişinlər “Mingəçevir” futbol komandasının üzvləri olub. Qəza futbolçular I Divizionun 20-ci turu çərçivəsində “Şamaxı” ilə səfər oyununa gedərkən baş verib.
Şəbnəm Mehdizadə
