Məzmuna keç

Abşeronda iki azyaşlı bacını avtomobillə vuran sürücünün ibtidai istintaqı yekunlaşdı

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Yunus Musayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki hadisə Novxanı kəndində qeydə alınıb. Musayev Yunus Elçin oğlu idarə etdiyi “Kia Optima” markalı avtomobil ilə piyadalar – 2013-cü il təvəllüdlü Hüseynli Gülər Rəhman qızını və 2014-cü il təvəllüdlü Hüseynli Gülnur Rəhman qızını vuraraq ağır xəsarət yetirib. Gülər Hüseynli aldığı xəsarətlərdən müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə ölüb. Yunus Musayevə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə