Məzmuna keç

Nazir müavini: “Rusiya hərbçiləri Ukraynanın mədəni irsini məhv edir”

Müharibənin Ukrayna mədəni irsinə vurduğu ziyan açıqlanıb.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın mədəniyyət və informasiya siyasəti nazirinin müavini Yekaterina Çueva bildirib.

"Zərər və itkilərin sayı baxımından statistika məyusedicidir və getdikcə artır… Əgər söhbət təkcə mədəni irs obyektlərindən gedirsə, o zaman iyunun 25-nə olan məlumata görə, 664 obyektdə ziyan qeydə alınıb. Onlardan 84-ü ümummilli, 514-ü isə yerli əhəmiyyətlidir”, – Çueva bildirib.

Nazir müavini qeyd edib ki, 211 memarlıq abidəsi, 179 tarixi abidə, 18 monumental sənət əsəri, 16 arxeoloji abidə zərər görüb. 24 abidə tamamilə dağıdılıb, 523-ü qismən zədələnib, daha 115 obyektin dağılma dərəcəsini dəqiqləşdirilir.

Onun sözlərinə görə, indi ukraynalı mütəxəssislər yalnız Ukraynanın nəzarətində olan ərazidə və aktiv hərbi əməliyyatlar zonasından kifayət qədər məsafədə yerləşən obyektləri yoxlayırlar.

Şəbnəm Mehdizadə