Məzmuna keç

Türkiyədə dənizdə köməksiz vəziyyətdə qalan 21 qanunsuz miqrant xilas edildi

Türkiyənin Muğla şəhərinin Fethiye rayonu sahilində 21 qeyri-qanuni miqrant xilas edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Sahil Mühafizə Komandanlığına rayon sahillərində qayıqda bir qrup qanunsuz miqrantın köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.

Dərhal hərəkətə keçən qruplar rezin qayıqda olan 21 qeyri-qanuni miqrantı xilas edib.

Fethiye Limanına gətirilən qeyri-qanuni miqrantlar rayon miqrasiya idarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə