Məzmuna keç

İndoneziyada sərnişin qatarı yük maşını ilə toqquşub

İndoneziyada sərnişin qatarı qəzaya uğrayıb. E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Cakartadan Blitar şəhərinə hərəkət edən “Brantas” sərnişin qatarı Qərbi Semaranq şəhərindən keçərkən körpünün keçidində ilişib…

İndoneziyada sərnişin qatarı qəzaya uğrayıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Cakartadan Blitar şəhərinə hərəkət edən “Brantas” sərnişin qatarı Qərbi Semaranq şəhərindən keçərkən körpünün keçidində ilişib qalmış yük maşını ilə toqquşub.

Dünən axşam saatlarında baş verən hadisədə toqquşmadan sonra yük maşını partlayıb.

Hadisə zamanı ölən olmayıb. Sərnişinlərdən biri xəsarət alıb.

Hadisə yerindəki təhlükəsizlik kameralarına əks olunan görüntülərdə qatarın gəlməsinə az qalmış piyada keçidindən yolu keçən yük maşınının yolda ilişib qaldığı və sürücünün bir müddət nəqliyyat vasitəsini hərəkət etdirməyə çalışdığı məlum olub, lakin sonra gecikdiyini anlayıb və hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə