"Rus işğalçılarının Donetsk vilayətində kəndi artilleriyadan atəşə tutması nəticəsində 5 nəfər yaralanıb".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında deyilir.
"İstintaqın məlumatına görə, 2023-cü il iyulun 18-də saat 19:30 radələrində işğalçılar Pokrovski rayonunu atəşə tutublar. Bu dəfə rus qoşunları, ehtimal ki, raket artilleriyasından zərbələr endiriblər", – məlumatda bildirilir.
Qeyd olunur ki, hücum nəticəsində yaralılardan biri 1 yaşlı, digəri isə 13 yaşlı uşaqdır: "Atəş zamanı uşaqlar fərdi evin həyətində oynayırdılar. Hazırda bütün zərərçəkənlərə tibbi yardım göstərilir".
Şəbnəm Mehdizadə
