Məzmuna keç

Türkiyədə mikroavtobus aşıb, 19 nəfər yaralanıb

Türkiyənin Samsun şəhərində mikroavtobus minik avtomobili ilə toqquşub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, zərbənin gücündən mikroavtobusun aşması nəticəsində 19 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Yaralılar xəstəxanaya aparılıb.

Fatla bağlı araşdırma başlanılıb.

Şəbnəm Mehdizadə