İraqın Metina bölgəsində 3 PKK terrorçusu zərərsizləşdirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı mübarizəni fasiləsiz olaraq və qətiyyətli şəkildə davam etdirir.
Açıqlamada, "Pəncə-Kilit" əməliyyatı bölgəsində yerləşən Metinada aşkarlanan 3 PKK terrorçusunun zərərsizləşdirildiyi qeyd edilib.
Şəbnəm Mehdizadə
