Məzmuna keç

Son 10 gündə Türkiyədə 203 meşə yanğını baş verib

Son 10 gündə Türkiyənin 40 vilayətində 203 meşə yanğını baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı deyib.

"Hər meşə yanğınında təkcə ağaclar yox, bütün ekosistem məhv olur. Gəlin, bu cinayətə səbəb olmayaq, yaşıl vətənimizi birlikdə qoruyaq. Yanğına səbəb olanların da cəzalandırılacağını unutmayaq", – deyə nazir bildirib.

Şəbnəm Mehdizadə