İndoneziyanın Sulavesi adası yaxınlığında qayıq batıb.
E-huquq.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli axtarış-xilasetmə xidmətinin rəhbəri Məhəmməd Ərəfah məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində 15 nəfər ölüb, 19 nəfər isə itkin düşüb.
Məhəmməd Ərəfah qayığın Lanto kəndindən Lagili kəndinə doğru yola çıxdığını deyib.
Onu sözlərinə görə, qayığın batmasına səbəb tutumundan artıq sərnişin daşıması olub. Belə ki, 20 nəfərlik taxta qayıqda 40 nəfər olub.
Ərafah qeyd edib ki, xilasetmə qrupları indiyədək 6 nəfəri xilas edib, 19 nəfərin axtarışı davam edir.
Şəbnəm Mehdizadə
