Məzmuna keç

Çində orta məktəbin damı uçub, 11 nəfər ölüb

Çinin Heyluntszyan əyalətində orta məktəbin idman zalının tavanının uçması nəticəsində 11 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, uçqun baş verən zaman zalda 19 nəfər olub. Onlardan 4-ü özü xilas olmağı bacarıb,15 nəfər isə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə gələn xilasedicilər dağıntılar altından 4 nəfəri sağ çıxara bilib, 11 nəfərin isə cəsədi çıxarılıb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, idman zalının tikintisi zamanı qanunsuzluqlara yol verilib. Araşdırmalar çərçivəsində damın tikintisi ilə məşğul olan şəxslər saxlanılıb.

Şəbnəm Mehdizadə