Məzmuna keç

Türkiyədən Yunanıstana keçməyə cəhd edən 16 qanunsuz miqrant saxlanıldı

Türkiyənin Balıkesir əyalətinin Ayvalık rayonunda qanunsuz miqrantlar saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sahil Mühafizəsi Mobil Radarı “MORAD-12” tərəfindən rezin qayıqda bir qrup xarici ölkə vətəndaşı aşkar edilib.

Keçirilən əməliyyatlar zamanı Yunanıstanın Midilli adasına getməyə cəhd edən 16 qeyri-qanuni miqrant yaxalanıb.

Digər əməliyyatla isə qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən dənizdə köməksiz vəziyyətdə qalan 13 qeyri-qanuni miqrant xilas edilib.

Hüquqi prosedurlardan sonra miqrantlar Balıkesir Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə