Məzmuna keç

Ukrayna MN: “Son bir həftədə 16 kv.km ərazi azad edilib”

"Bir həftə ərzində Ukrayna Silahlı Qüvvələri cənub cəbhəsində və Baxmut istiqamətində əhəmiyyətli irəliləyişlər əldə edib".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

Onun sözlərinə görə, hazırda Melitopol və Berdyansk istiqamətində bir neçə rayonda aktiv döyüşlər gedir.

Malyar bildirib ki, Ukrayna ordusu son bir həftədə 16 kv.km ərazini azad edib: "Cənub cəbhəsində əks-hücum zamanı Ukrayna Silahlı Qüvvələri ümumilikdə 192 kv.km ərazini geri qaytarıb".

Qeyd olunub ki, Kleşçievka, Andreevka, Kurdyumovka bölgələrində əsas döyüşlər davam edir.

Şəbnəm Mehdizadə