Məzmuna keç

Türkiyədə fabrikdə 65 nəfər qidadan zəhərlənib

Türkiyənin Bilecik şəhərində fabrik işçiləri arasında kütləvi zəhərlənmə olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, keramika fabrikində çalışan 65 işçi zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, işçilər yemək yedikdən sonra ürək bulanması və başgicəllənmə şikayətləri ilə Bozüyük Dövlət Xəstəxanasına müraciət ediblər.

Aidiyyəti qurumlar yemək və sudan nümunələr götürərək laboratoriyaya göndərib. Hazırda zəhərlənmənin hansı səbəbdən baş verməsi araşdırılır.

Zəhərlənən fabrik işçiləri lazımı tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Şəbnəm Mehdizadə