Məzmuna keç

Türkiyədə zavodda yanğın olub

Türkiyənin Kocaeli şəhərində təkrar emal zavodunda yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, yanğının miqyası getdikdə böyüyərək materiallar və tikinti texnikasının yerləşdiyi əraziyə keçib.

Hadisə yerinə Xxeyli sayda yanğınsöndürənlər göndərilib.

Təxminən 3 saat davam edən əməliyyat nəticəsində yanğın nəzarət altına alınıb. Hazırda zavodda soyutma işləri davam edir.

Hadisə nəticəsində xəsarət alan olmasa da, zavoda ciddi ziyan dəyib.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Şəbnəm Mehdizadə