Məzmuna keç

Türkiyədə bugünkü zəlzələdə 8 nəfər xəsarət alıb

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Adana əyalətinin Kozan rayonunda 5,5 bal gücündə zəlzələ olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, zəlzələ zamanı panikaya düşən 8 nəfər hündürlükdən tullanaraq xəsarət alıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib. O, yaralıların xəstəxanaya yerləşdirildiyini bildirib.

"Xəstələrimizə və zəlzələdən zərər çəkən xalqımıza keçmiş olsun diləklərimizi çatdırırıq", – deyə nazir qeyd edib.

Qeyd edək ki, bu gün yerli vaxtda saat 08:44-də baş verən zəlzələnin episentri 11,27 kilometr dərinlikdə olub. Yeraltı təkanlar Osmaniye və Kahramanmaraş şəhərlərində də hiss olunub.

Şəbnəm Mehdizadə