Türkiyə-Yunanıstan sərhədini qanunsuz olaraq keçməyə çalışan 8 nəfər saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Saxlanılan şəxslərdən 7-nin FETÖ terror təşkilatının üzvü olduğu bildirilib.
"Sərhədlərimizdə terrorla mübarizəmiz davam edir. Yunanıstandan ölkəmizə, ölkəmizdən isə Yunanıstana qeyri-qanuni yollarla keçməyə cəhd edən 8 nəfər sərhədçilərimiz tərəfindən yaxalanıb. Araşdırmalar nəticəsində ələ keçirilən şəxslərdən 7-nin FETÖ üzvü olduğu müəyyən edilib", – deyə nazirliyin məlumatında qeyd olunub.
Şəbnəm Mehdizadə
