Türkiyənin paytaxtı Ankarada İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 9 əcnəbi saxlanılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, qarşıdurma bölgələrində İŞİD üzvləri ilə əlaqədə olduğu müəyyən edilən 10 əcnəbi vətəndaşa qarşı əməliyyat keçirilib.
Müxtəlif ünvanlarda eyni vaxtda keçirilən əməliyyatda onlardan 9-u saxlanılıb, birinin tutulması istiqamətində tədbirlər davam etdirilir.
Kəşfiyyat məlumatı və təhlili nəticəsində "xarici terrorçu döyüşçü" kateqoriyasına aid edilən şübhəlilər istintaq tədbirlərindən sonra deportasiya edilmək üçün Miqrasiya İdarəsinə təhvil veriləcək.
Şəbnəm Mehdizadə
