Türkiyənin İstanbul şəhərində təxribat törətməyə hazırlaşan PKK/KCK terror qruplaşmasının iki üzvü saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Fatıma Al Musa ile Velat Camo adlı terrorçular Başakşehir mahalında hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.
Fatma Al Musanın 2011-ci ildə Suriya/Racu bölgəsində PKK/KCK terror təşkilatına qoşularaq Suriyanın Kobani və Qamışlı bölgələrində silahlı fəaliyyət göstərdiyi, həmin il təşkilatın 25 üzvü ilə İraqın şimalındakı Qara bölgəsinə keçdiyi, 6 aylıq döyüşçü hazırlığından sonra Qəndil bölgəsinə köçdüyü bildirilib. Terrorçunun 5 ilə yaxın Qəndil bölgəsində fəaliyyət göstərdiyi, partlayıcı maddələr, əməliyyatlar və hücumlarla bağlı təlimlər aldığı müəyyən edilib. Bundan əlavə, Hakkari/Şəmdinli bölgəsində fəaliyyət göstərdikdən sonra TSQ-nın bölgədə həyata keçirdiyi intensiv döyüşlər səbəbilə Qəndil bölgəsinə qayıtdığı və 2017-ci ildə Suriya/Afrin bölgəsinə, oradan da qeyri-qanuni yollarla İstanbula gəldiyi bildirilib.
Velat Camonun isə 2012-2013-cü illər arasında Suriyanın Afrin bölgəsində terror təşkilatına bağlı "Heze Cevheri" adlı təşkilatda bir müddət bölgə müdiri işlədikdən sonra İstanbula gəldiyi məlum olub.
Şəbnəm Mehdizadə
