Məzmuna keç

Seneqalda yol qəzasında 23 nəfər ölüb

Seneqalda baş verən yol qəzasında azı 23 nəfər ölüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin şimalındakı Sen-Lui şəhərinə gedən sərnişin avtobusu Luqa şəhəri yaxınlığında aşıb.

İlkin məlumata görə, qəzada 23 nəfər ölüb, 30 nəfər yaralanıb.

Xatırladaq ki, yanvarın 8-də Dakardan 250 kilometr aralıda yerləşən Kaffrin şəhəri yaxınlığında 2 avtobusun toqquşması nəticəsində 41 nəfər ölmüş, 100 nəfər yaralanmışdı. Həmin qəzadan sonra ölkədə 3 günlük matəm elan olunmuşdu.

Rəsmi rəqəmlərə görə, 17 milyon əhalisi olan Seneqalda hər il təxminən 700 nəfər yol qəzalarında ölür və qəzaların 90 faizi insan səhvi nəticəsində baş verir.

Şəbnəm Mehdizadə