Məzmuna keç

Nigeriyada silahlı hücumda 7 nəfər həlak olub

Nigeriyanın Bauçi əyalətində silahlı hücum olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Ningi rayonunda həyata keçirilən hücumda 7 dinc sakin həlak olub.

Hadisə nəticəsində çox sayda insanın yaralandığı bildirilir.

Hücumu törədənlərin kimliyi hələlik məlum deyil.

Qeyd edək ki, Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində terror təşkilatları "Boko Haram" və ISWAP, eləcə də silahlı dəstələrin hücumları ilə üzləşib.

Şəbnəm Mehdizadə