Məzmuna keç

Tunis sahillərində bu il 900-dən çox miqrantın cəsədi tapılıb

Bu ilin əvvəlindən Tunis sahillərində 901 qeyri-qanuni miqrantın cəsədi aşkarlanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tunisin daxili işlər naziri Kamal əl-Fiqi parlamentdəki çıxışında bildirib.

Aralıq dənizi sahillərindən çıxarılan 901 cəsədin 36-nın Tunis, 267-nin xarici ölkə vətəndaşına aid olduğunu, digərlərinin isə şəxsiyyətinin isə müəyyən edilə bilmədiyini deyib.

Nazir, həmçinin 15 327 nəfərin xilas edildiyini vurğulayıb.

Təhlükəsizlik səylərinin bu sayların azalmasına səbəb olacağını deyən əl-Fiqi, Avropaya keçmək istəyən afrikalıların sayını azaltmaq üçün quru sərhədlərini qorumaqda daha əzmkar olacaqlarını bildirib.

Şəbnəm Mehdizadə