Türkiyənin İzmir şəhərinin Ödəmiş, Kınık və Torbalı rayonlarında meşə yanğını baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kınıkda yanğının təhlükə törətdiyi 3 məhəllədə yaşayan 600-ə yaxın insan təxliyə edilib.
Təxliyə edilən vətəndaşlara məxsus iri və xırdabuynuzlu mal-qara da təhlükəsiz ərazilərə köçürülüb.
Ödəmiş rayonunda zeytun bağında başlayan və meşəlik əraziyə keçən yanğın nəzarət altına alınıb. Rayonda soyutma işləri davam edir.
Yanğının söndürülməsinə 1 təyyarə, 4 helikopter, 17 su nasosu, 10 su təchizatı maşını, digər texnika və canlı qüvvə cəlb olunub.
Şəbnəm Mehdizadə
