Məzmuna keç

Ukrayna SQ: “Son sutkada Ukrayna ərazisinə 49 raket və 37 hava zərbəsi endirilib”

"Son sutkada Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası işğalçılara 13 zərbə endirib".

E-huquq.az "UNİAN"-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının səhər xülasəsində deyilir.

"Son 24 saat ərzində müdafiə qüvvələrinin aviasiyası düşmənin şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi ərazilərə 11, zenit-raket komplekslərinə isə 2 zərbə endirib. Raket qoşunlarının bölmələri ötən sutka ərzində düşmənin 11 artilleriya silahını, 2 komanda məntəqəsini, 1 anbarını, şəxsi heyətin, silah və hərbi texnikanın cəmləşdiyi 1 ərazini və daha üç mühüm hədəfini vurub”, – hesabatında bildirilib.

Qeyd olunub ki, öz növbəsində, son sutka ərzində ruslar Ukrayna qoşunlarının mövqelərinə və dinc sakinlərin yaşayış məntəqələrinə 49 raket və 37 hava zərbəsi endirib: "Çoxsaylı raket sistemlərindən 63-dən çox hücum həyata keçirilib. Hücumlar nəticəsində yaşayış binaları dağıdılıb. Təəssüf ki, dinc əhali arasında qurbanlar var".

Şəbnəm Mehdizadə