Məzmuna keç

Türkiyədə mikroavtobus qəzaya uğradı, 11 nəfər yaralandı

Türkiyənin Bilecik şəhərində fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pazaryeri rayonunda minik avtomobili mikroavtobusla toqquşub və zərbənin təsirindən mikroavtobus aşıb.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü və mikroavtobusda olan 9 nəfər xəsarət alıb.

Yaralılar Bilecik Tədris və Araşdırma Xəstəxanasına aparılıb, Vəziyyətlərinin yaxşı olduğu bildirilib.

Qəza avtobil yolunda sıxlığın yaranmasına səbəb olub.

Şəbnəm Mehdizadə