Məzmuna keç

Türkiyə DİN başçısı: “Son iki ayda FETÖ-yə qarşı 905 əməliyyat keçirilib”

Son iki ayda FETÖ terror təşkilatına qarşı 905 əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir həyata keçirilən əməliyyatlar nəticəsində 1329 nəfərin saxlanıldığını bildirib.

O, saxlanılanlardan 212-nin həbs olunduğunu, 261 nəfərin isə polisin nəzarətinə verildiyini deyib.

Ali Yerlikaya FETÖ ilə mübarizənin qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.

Şəbnəm Mehdizadə