Məzmuna keç

İstanbulda antiterror əməliyyatında 16 nəfər saxlanılıb

Türkiyənin İstanbul şəhərində İŞİD və "Əl-Qaidə” terror təşkilatlarına qarşı əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən terror təşkilatları ilə əlaqədə şübhəli bilinən 16 əcnəbi müəyyən edilib.

"Xarici terrorçu döyüşçü" kateqoriyasından olan şübhəli şəxslərin saxlanılması üçün 8 rayonda ümumilikdə 15 ünvanda əməliyyat həyata keçirilib.

Əməliyyat nəticəsində saxlanılan 16 əcnəbi polis şöbəsinə aparılıb. Hazırda həmin şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir.

Şəbnəm Mehdizadə