Məzmuna keç

Filippində qayıq batıb, 30 nəfər ölüb

Filippində göldə qayığın batması nəticəsində 30 nəfər ölüb.

E-huquq.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Filippin Sahil Mühafizəsi məlumat yayıb.

Rizal bölgəsində yerli vaxtla saat 13:00 radələrində qayığın göldə batması nəticəsində 30 nəfərin həyatını itirdiyi, 40 nəfərin isə xilas edildiyini bildirib.

İlkin ehtimala görə, güclü küləyə görə qayığın silkələnməsindən panikaya düşən sərnişinlər bir nöqtədə toplanıb və nəticədə qayıq aşıb.

Qeyd edək ki, "Doksuri" qasırğası səbəbilə Filippində bir çox limanda səyahət qadağası qoyulub. Sahil mühafizəsi qeyd edib ki, təxminən 3800 sərnişin limanlarda qalıb.

Şəbnəm Mehdizadə