Məzmuna keç

Nigeriyada difteriya epidemiyasına görə məktəblər bağlanıb

Nigeriyada difteriya epidemiyasına görə məktəblərin fəaliyyəti dayandırılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriya Milli İlk Yardım Agentliyinin (NPHCDA) Bauçi Dövlət Koordinatoru Dr. Rilvanu Məhəmməd məlumat verib.

Onun sözlərinə görə, əyalətdə 5 şagirdin difteriyadan ölməsindən sonra məktəblərdə bəzi şagirdlərin difteriya testi müsbət çıxıb.

Bu səbəbdən tədris prosesinin dayandırıldığının deyən Məhəmməd, xəstəliyin qarşısını almaq üçün peyvəndlər hazırlanacağını qeyd edib.

Qeyd edək ki, son 2 ayda Nigeriyada 836 nəfərdə difteriya aşkarlanıb və onlardan 80-i dünyasını dəyişib.

Şəbnəm Mehdizadə