Türkiyənin Çanaqqala şəhərində turistləri daşıyan avtobus qəzaya uğrayıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, idarəetmədən çıxan avtobus yol kənarındakı bağçanın divarına çırpılıb. Nəticədə sürücü ölüb, 8 nəfər yaralanıb.
Yaralılar təcili tibbi yardımın köməyi ilə xəstəxanaya aparılıb.
İlkin ehtimala görə, qəzaya səbəb sürücünün sükan arxasında infarkt keçirməsi olub.
Faktla bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə
